İrəvandan sülh müqaviləsi ilə bağlı AÇIQLAMA

 15:38 09.11.2023     329

Hazırda Ermənistan və Azərbaycan sülh müqaviləsi üzərində işləməkdə davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan XİN başçısının müavini Vaan Kostanyan məlumat verib.

Konstanyanın sözlərinə görə, iki ölkə rəhbərləri arasında görüşlərin olmamasına baxmayaraq, dialoq davam edir:

“Biz digər vasitələrlə daim əlaqə saxlayırıq. Yüksək səviyyəli yeni görüşü səbirsizliklə gözləyirik”, - Kostanyan izah edib.

O həmçinin bildirib ki, Ermənistan və Azərbaycan nümayəndələrinin növbəti dəfə harada və nə vaxt görüşə biləcəyini demək üçün hələ hazır deyil:

“İnanmıram ki, Bakı ilə danışıqlar dalana dirənib”.