Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü barədə AÇIQLAMA

 16:05 10.11.2023     433

“Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin Moskvada görüşünün tarixi dəqiqləşdirilməyib”.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Biz dəfələrlə ikitərəfli münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində gələcək dialoq üçün Moskva platforması təqdim etməyə hazır olduğumuzu təsdiq etmişik”, – o vurğulayıb.

“Biz görüşün tarixini razılaşdıqdan sonra onu elan edəcəyik”, – M.Qaluzin əlavə edib.