Azərbaycanla Pakistan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə edildi

 19:23 14.11.2023     339

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Birləşmiş Ərəb Əmirliklərinə səfəri davam edir.

Bu barədə Redaktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyəti Pakistan İslam Respublikasının Aviasiya Kompleksinin sədri, aviasiya vitse-marşalı Nadim Axtar Xan ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.