Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün konstruktivlik vacibdir - ATƏT

 22:17 14.11.2023     309

Azərbaycanla Ermənistan arasında sülh sazişi və əlaqələrin normallaşmasının irəliyə aparılması üçün konstruktivlik vacibdir.

Redaktor.az xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma (Finlandiya) və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen (Norveç) Azərbaycana səfəri ilə bağlı təşkilatın yaydığı bəyanatda deyilir.

"Azərbaycana bu gün başa çatan səfəri çərçivəsində ATƏT PA prezidenti Pia Kauma (Finlandiya) və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen (Norveç) ölkənin siyasi liderliyi ilə sentyabrda Azərbaycan öz Qarabağ regionu üzərində nəzarəti bərpa etməsindən sonra Ermənistanla tam nizamlamaya nail olunmasına ehtiyac müzakirə edilib.

ATƏT nümayəndələri səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər nazirinin müavini Fariz Rzayevlə görüşüblər. Görüşlərdə Azərbaycanın ATƏT PA-da fəal iştirakının regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət əlamət olduğunu qeyd edilib", - bəyanatda qeyd edilir.

Bildirilir ki, indi Azərbaycan və Ermənistan arasında tam nizamlanmaya nail olmaq üçün sürət qazanmağın vaxtıdır. Rəsmi Bakının indi davamlı sülhün bərqərar olması naminə əsl liderlik nümayiş etdirmək imkanı var.

ATƏT rəsmiləri Azərbaycan tərəfinin etnik ermənilərin geri qaytarılmasına kömək göstərilməsi ilə bağlı təşəbbüsünü alqışlayıblar. Nümayəndə heyəti, həmçinin ərazilərin minalardan təhlükəsizliyini təmin etmək, yenidənqurma və reinteqrasiya sahəsində irəliləmək üçün əhəmiyyətli səyləri yüksək qiymətləndirib.

Nümayəndə heyəti beynəlxalq ictimaiyyəti Azərbaycanda təhlükəsizlik və humanitar vəziyyətin inkişafında iştirakını davam etdirməyə çağırıb.