Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti UZADILDI

 20:25 15.11.2023     298

Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edən türkiyəli hərbçilərin fəaliyyət müddəti daha bir il uzadılıb.

Redaktor.az xəbər verir ki, müvafiq qərar Türkiyə parlamenti tərəfindən qəbul edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələ ilə bağlı parlamentə göndərdiyi qanun layihəsi təsdiq edilib.

Qəzet rəsmi mətbuatda dərc olunandan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

2021 və 2022-ci illərin noyabrında Türkiyənin Azərbaycandakı hərbçilərinin fəaliyyət müddəti bir il uzadılıb.