"Sülh müqaviləsi imzalanmasa belə, itirən tərəf yenə də Ermənistandır" - AÇIQLAMA

 17:53 16.11.2023     790

"Azərbaycan tərəfi olaraq beş prinsipi Ermənistana çoxdan təqdim etmişik. Orada delimitasiya, demarkasiyadan tutmuş sülh müqaviləsinin son nöqtəsinə qədər Azərbaycan tərəfinin bütün tələbləri göstərilib. Buna baxmayaraq, ermənilər istər Qranadada, istər digər müstəvilərdə kvadraturalar göstərməklə çalışırlar ki, bu məsələləri uzatsınlar və gələcəkdə o sahələrdən istifadə edərək müəyyən addımlar atsınlar, siyasi gedişlər etsinlər. Ona görə də bu gün biz o beş prinsipimizi təqdim etmişik".

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Ermənistan tərəfinin sülh müqaviləsini imzalamasını ləngitməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, biz qalib tərəfik və o beş prinsipə uyğun olaraq da Ermənistan buna cavab verməlidir:

"Lakin Ermənistan da cavab vermir. Havadar axtarmaq istiqamətində istər Almaniyadan, istər Fransadan olan vasitəçilərlə birgə görüşlər keçirməyə çalışırlar və belə-belə bəyanatlar verirlər. Yəni bu nə qədər geciksə, birincisi Ermənistanın özünə ziyandır. İkincisi də sülh müqaviləsi imzalanmasa belə itirən tərəf yenə də Ermənistan tərəfidir. Biz öz xarici və daxili siyasətimizi mükəmməl surətdə davam etdiririk və ermənilərin də məramı, məqsədi status-kvonu saxlamaqla məhz Qərbi razı sala biləcək addımları atmağa çalışır".

Həmidə İBRAHİMLİ