"2025-ci ildən sonra münaqişə tərəfi olmayacaq, sülhməramlılar ərazini tərk edəcək"

 19:49 16.11.2023     342

ABŞ-ın bəyanatından da hiss olunur ki, məqsəd nəyin bahasına olursa-olsun Rusiya kontingentinin ərazidən çıxarılmasıdır.

Bu sözləri Redaktor.az-a ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Braynın Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması barədəki fikirlərini şərh edərkən Milli Məclisin deputatı Arzu Nağıyev dedi.

Onun sözlərinə görə, Cənubi Qafqazda nüfuzu ələ almaq üçün Qərb və NATO cəhd edir:

"Sülhməramlı qüvvələrə gəldikdə onlar heç Ermənistan ərazisində deyil, yəni işğal altında olmuş, vaxtilə Qarabağa gəlmişdilər, indi isə Qarabağda onlar demək olar ki, öz funksiyalarını başa çatdırmaqdadır. 2025-ci ildə müqaviləsi bitəndən sonra münaqişə tərəfi olmayacaq və onlar ərazini tərk edəcək. Ümumiyyətlə, bunların hamısında əsas məqsəd nəyin bahasına olur-olsun Rusiyanın nüfuzunu məhz Cənubi Qafqazda azaltmaqdır. Buna görə də Ermənistanda yerləşən Rusiya bazalarının tərk edilməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlüyündən çıxarılması, yəni bu məsələlər qarşısına qoyduğu böyük gələcək planlardır. Bu da inandırıcı görünmür ki, Rusiya bazaları məhz Ermənistanı tərk etsin. Çünki elə NATO-Rusiya sərhədinin bir hissəsi demək olar ki, Ermənistan Türkiyə sərhədidir, Türkiyə NATO-nun üzvüdür. Rusiyada Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının üzvüdür. Türkiyə və Rusiya münasibəti də normal inkişaf edir. Bunlar ciddi cəhdlə çalışırlar ki, nə bu inkişaf olmasın, eyni zamanda Rusiya ərazidə qalmasın. Buna görə həm Fransanın göndərdiyi silahlar və həm NATO üzvü kimi Amerika Birləşmiş Ştatlarının verdiyi bəyanat, bunlar hamısı bir işarədir, siyasi gedişlərdir.

Yəni məlumdur ki, bu gün Ermənistanın sərhədini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti mühafizə edir və onlar da çalışırlar ki, ciddi cəhdlə onları ayırsınlar. Zəngəzur dəhlizi məsələsi də gündəmdədir və orada da, Paşinyan belə bir bəyanat verdi ki, yolu özlərinin qurumu mühafizə edəcəkdir və belə bir qurum da yaranıb. Yəni əsas məqsəd düşünürəm ki, Ermənistandan istifadə etməklə nəyin bahasına olur-olsun Ermənistanı vasitə seçməklə məhz bölgədə, Cənubi Qafqazda öz nüfuzlarını artırmaq və hətta hərbi müdaxiləni belə artırmaqdır. Yəni, bu, onların prioritet istiqamətidir".

Həmidə İBRAHİMLİ