Türkiyə XİN-nin Milli Dirçəliş Günü ilə bağlı paylaşımı

 11:39 17.11.2023     240

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib.

Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında qeyd edilib.

“35 il öncə müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını azadlığa qovuşdurdu. O gün Bakıda qaldırılan bayraq bu gün bütün Azərbaycan səmalarında dalğalanır! Can Azərbaycanın Milli Dirçəliş Gününü təbrik edirik!”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, 17 Noyabr Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.