"Vaşinqtonda mövqelərimizi gücləndirmək üçün maksimum səy göstərilməlidir" - Suren Sarkisyan

 12:41 17.11.2023     303

Dünən Dövlət Departamentinin sözçüsü ABŞ Konqresinə bildirib ki, ABŞ Azərbaycana təhlükəsizlik dəstəyini dayandırarsa, ABŞ-ın milli təhlükəsizlik maraqlarına zərər dəyməyəcək.

ABŞ Senatında müvafiq qanunvericilik aktı qəbul edildi. Yekdilliklə qərara alınıb ki, prezident 2025-ci ilə qədər 907 saylı əlavəyə istisnalar edə bilməz və Bakı bundan sonra Vaşinqtondan təhlükəsizlik yardımı almayacaq.

Redaktor.az "News.am"a istinadən xəbər verir ki, bu barədə Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan Facebook-da yazıb.

“ Azərbaycanla bağlı Administrasiya ilə Konqres arasında fundamental fikir ayrılıqları yoxdur, lakin bu vəziyyət uzun sürməyəcək. Biz isə bu arada Vaşinqtonda zəifləmiş mövqelərimizi gücləndirmək üçün maksimum səy göstərilməlidir. Erməni icması və təşkilatları bu istiqamətdə çox fəal işləyirlər”, - ekspert qeyd edib.

NƏRGİZ