Ərdoğan “Qarabağ, Qüds bizim nə vecimizədir” deyənlərə SƏSLƏNDİ
“Qəzzada törədilən soyqırımı ilə bağlı 2 mindən çox vəkillə lazım olan yerə şikayət edəcəyik. Bunun təqibçisi olacağıq, bu işi yarıyolda qoya bilmərik, bunun əvəzi ödəniləcək"
Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, bütün Qərb dünyası və səlibçi imperialist quruluş bir yerdədir.
“Təəssüf ki, dünən axşam Almaniyaya səfərim zamanı da bunu gördüm”.
Ərdoğan Almaniya rəhbərliyinə səslənib:
“İsrailin əlində 10 minə yaxın girov var. Almaniya olaraq, onları azad etmək üçün addım atın. Biz də hazırda HƏMAS-ın əlində olanları almağa çalışaq".
"Türkiyənin sərhədlərdən ibarət bir ölkə olmadığını hələ də qəbul etmək istəməyən varsa. Ya qafildi, ya da başı və ürəyi başqa qruplara icarəyə verilmiş bir xaindir. Türkiyə gücləndikcə hər sahədə öz iddiasını ortaya qoyduqca, üzərinə hücumların miqyası artdı”, – deyə Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti bildirib ki, kimsə “Suriya, İraq, Qarabağ, Liviya, Bosniya və Qüds bizim nə vecimizdir” deyirsə, əslində bilərəkdən və ya bilməyərəkdən Türkiyənin böyük yürüşünü əngəlləyir.