"Mişel Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə görüşünü təşkil etməyə hazırdır" - Klaar

 12:10 20.11.2023     256

Aİ Əliyevin Qranadada keçiriləcək iclasda iştirak etməmək qərarından məyus olub.

Redaktor.az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Armenpress”ə müsahibəsində deyib.

“Aİ heç kimin tərəfində olmaq məcburiyyətində deyil. Biz, xüsusən də Prezident Mişel öz dostluq xidmətlərimizi təklif etdik. Bizim əsas marağımız Ermənistanla Azərbaycan arasında razılığa gəlməkdir. Onun sonda harada imzalanacağı bizim üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin real nizamlanması faktından daha az əhəmiyyət kəsb edir.

Prezident Əliyevin Qranadaya gəlməməyindən məyus olduq. Şarl Mişel hələ də mümkün qədər tez vaxtda Brüsseldə liderlərin görüşünü təşkil etmək istəyir. Tarixlər, əlbəttə ki, vacibdir. Amma ən əsası əslində irəli getməkdir və biz münasibətlərin real nizamlanması istiqamətində irəliləyişə təkan verməyə çalışaraq diqqətimizi məhz buna yönəldirik”, - Klaar bildirib.

NƏRGİZ