"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olan heç bir səbəb görmürük"

 12:24 20.11.2023     392

Biz, Azərbaycan və Ermənistan arasındakı  münasibətlərin normallaşması istiqamətində sürətli irəliləyişə mane olan heç bir səbəb görmürük.

Redaktor.az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Armenpress"ə deyib.

"Biz "3+3" formatında görüşlərə regionda, şübhəsiz ki, problemləri olan ölkələrin qonşu kimi müzakirə edə bildiyi format kimi baxırıq. Yenə də bizim üçün ən vacib olan tərəqqidir və hansı platformada daha az əhəmiyyət kəsb edir. Amma biz hesab edirik ki, əslində, nizamlanma prosesində ciddi irəliləyiş əldə edə bilməməyimiz üçün heç bir real səbəb yoxdur, çünki masa üzərində olan məsələlər çox azdır və hesab edirik ki, onlar çox müzakirə olunub. Beləliklə, biz, həqiqətən, Azərbaycan və Ermənistan arasındakı  münasibətlərin normallaşması istiqamətində sürətli irəliləyişə mane olan heç bir səbəb görmürük”, - deyə Klaar bildirib.

NƏRGİZ