Azərbaycan mühüm konvensiyaya qoşuldu

 19:00 20.11.2023     260

Bu gün Azərbaycan İqtisadiyyat Nazirliyində İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatının (OECD) nümayəndələri ilə keçirilən görüş çərçivəsindəVergitutma bazasının aşınması mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya imzalanıb.

Redaktor.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"100-dən çox ölkənin imzaladığı bu Konvensiyaya tərəfdar çıxmaqla ölkəmizin qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesinə öz töhfəsini vermək niyyətini bir daha vurğuladıq, OECD ilə ikitərəfli əməkdaşlığın perspektivləri və potensial tərəfdaşlıq istiqamətləri barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.