"ABŞ senatında absurd teatr tamaşası baş tutub" - Deputat
ABŞ senatında absurd teatr tamaşası baş tutub.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisi bu gün keçirilən iclasında deputat Ziyafət Əsgərov dedi.
“Tamaşada da Azərbaycana qarşı qərəzli akt qəbul olunub.1993-cü ildə BMT 4 qətnamə qəbul etdi və göstərilirdi ki, Azəbaycanın torpaqları həmin işğaldan azad olunmalıdır. 30 il ərzində Minsk qrupunda hansı oyunlardan çıxdılar ki, bu məsələni uzatsınlar. Siz, Azərbaycanın sözdə yanında oldunuz, amma Azərbaycan öz ərazisini özü azad etdi. Niyə endişələnirsiz? Ermənistana nə təzyiq olundu, nə də başqa bir şey. Əksinə bizə qarşı oldu. Niyə? Çünki biz torpaqlarımızı azad etmişik. Elə ki, sülh müqaviləsinin bağlanması məsələsi başladı, Ermənistan prosesə sözdə "hə" desə də, prosesi uzatdı”,- deyə deputat bildirdi.
Humay İSGƏNDƏRLİ