"Bizə qarşı iki cəbhədən müharibə aparırlar" - Səməd Seyidov
Sanki bizə qarşı iki cəbhədən müharibə aparırlar.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisi bu gün keçirilən iclasında deputat Səməd Seyidov dedi.
“İkinci cəbhə bizim gələcək baxışlarımıza təcavüz idi. Qərb həqiqətləri, reallıqları görmək istəmədi. 15 noyabr həm Nümayəndələr Palatasında, həm ABŞ Senatında akt qəbul olundu. Bu, yenidən 907-ci məsələni gündəmə gətirmək deməkdir. Nümayəndələr Palatasında bu akt qəbul olunsa, Co Baydenin imzasına gedəcək. Əgər qəbul olunsa, ABŞ münasibətləri korlayacaq. ABŞ faktiki olaraq enerji təhlükəsizliyi ilə bağlı məsələdə kənarda qalacaq. Faktiki Amerika bu sənədi qəbul etdikdən sonra özü-özünü regiondan təcrid edəcək. Bütün bunlar son dərəcə biabırçı görünür”, - deyə deputat bildirdi.
Humay İSGƏNDƏRLİ