"Sənədi imzalayanlar regionda terrorizmi dəstəkləyirlər"
ABŞ başlıca prinsip kimi ədaləti elan edib.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisi bu gün keçirilən iclasında deputat Musa Qasımlı dedi.
“Amma biz 30 il ərzində bizə qarşı ədalət görmədik. ABŞ öz ənənəsinə sadiq qaldı, bizi təbrik etmədi. O akt cırılıb atılmış vərəqdir. Erməniləri heç kim qovmayıb özləri çıxıb gediblər. Sənədi imzalayanlar düşmənçilik yaradıb, regionda terrorizmi dəstəkləyirlər. Soruşmaq lazımdır ki, Ermənistan Azərbaycana qarşı terror törədəndə harada idiniz? Sənədi qəbul edənlər erməni mina terroru ilə tərəziyə qoyulmalıdır. Tərəzidə eyni olacaqlar. Bizim davranışımız necə olmalıdır bəs? Qazandığımız qələbə təkcə Ermənistana və ermənilərə qarşı deyil. Bu sənədləri həm də qəbul edənlərə qarşıdır”, - deyə deputat söylədi.
Humay İSGƏNDƏRLİ