"Ermənistan Azərbaycan tərəfi ilə danışıqlardan heç vaxt çəkinməyib"
Ermənistan Azərbaycan tərəfi ilə danışıqlardan heç vaxt çəkinməyib və buna hazırdır.
Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.
"Bundan başqa, sülh sazişinin layihələri mübadiləsi aparılır, İrəvana, İrəvandan isə Bakıya təkliflərlə bağlı sənəd göndərilir. Əgər ehtiyac olarsa, yeni şərhlər üçün Xarici İşlər Nazirliyi müvafiq bəyanatla çıxış edəcək”, - Arşakyan bildirib.
NƏRGİZ