Ermənistan Azərbaycana demarkasiya komissiyasının iclasını keçirməyi təklif edir

 11:23 22.11.2023     286

Ermənistan Azərbaycana sərhədyanı ərazidə demarkasiya komissiyasının iclasını keçirməyi təklif edib.

Redaktor.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin noyabrın 21-də yaydığı açıqlamada bildirilib.

Açıqlamada Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində səylər göstərdiyi qeyd olunub.