SPECA-ya sədrlik Tacikistana keçdi

 14:24 23.11.2023     241

SPECA-ya (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) sədrlik Azərbaycandan Tacikistana keçib.

Redaktor.az xəbər verir ki, bununla bağlı bu gün Bakıda keçirilən SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyasında təklif verilib.

Təklif üzv ölkələr tərəfindən dəyərləndirilib və qəbul olunub. Qeyd edilib ki, növbəti 19-cu SPECA sammiti gələn il Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.