Ermənistan və Azərbaycan XİN başçılarının görüşü hələ planlaşdırılmayıb - Nazir müavini

 14:58 23.11.2023     306

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü hələ planlaşdırılmayıb.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.

Bakı ilə vasitəçisiz görüşün İrəvan üçün məqbul olub-olmaması ilə bağlı suala cavab verən Mnatsakan qeyd edib ki, vasitəçilərin iştirakının məcburi olduğu məsələlər var.

Xatırladaq ki,, Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı sülh prosesini müzakirə etmək üçün sərhəddə görüşməyə dəvət edərək, İrəvanı yeni lazımsız gecikmələrə yol verməməyə çağırıb.