XİN Ermənistanla sərhəddə delimitasiyası üzrə komissiyanın iclasının noyabrın 30-da keçiriləcəyini təsdiqlədi

 15:28 23.11.2023     294

Sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşü noyabrın 30-da Azərbaycan və Ermənistan arasındakı sərhəd bölgəsində keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, bu gün Ermənistan XİN Azərbaycanla noyabrın 30-da iki ölkənin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa gəlindiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Ermənistana sərhədyanı bölgədə təkbətək görüş keçirilməsini təklif etmişdi. Noyabrın 22-də rəsmi İrəvan sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsinə razılıq vermişdi.