"Bir otaqda anklavlar müzakirə olunacaq, digər otaqda siyasi məsələ" - Tofiq Zülfüqarov

 12:13 24.11.2023     442

Bildiyimiz kimi, noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək.

Qeyd edək ki, sərhədin delimitasiyası komissiyası ötən müddət ərzində iki dəfə, ən son isə bu ilin iyulunda iclas keçirib.

Maraqlıdır, iclasda anklavlar məsələsi də öz həllini tapacaqmı?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tofiq Zülfüqarov dedi ki, bu görüş ixtisaslaşmış görüşdür, demarkasiya texniki prosesdir:

"Bir otaqda anklavlar müzakirə olunacaq, digər otaqda siyasi məsələ, yəni sülh sazişinin mətni müzakirə oluna bilər. Bunu istisna etmirəm. Azərbaycan ermənilərin və onların havadarlarının ittihamlarına cavab olaraq göstərir ki, o, danışıqlardan imtina etmir. Sadəcə olaraq, bəzi vasitəçilik iddiasında olan tərəflər Azərbaycanı qane etmir. Digər tərəfdən də belə bir ittihamlar səsləndirirlər ki, guya Azərbaycan yeni Qərb vasitəçiliyindən qaçır və Rusiya vasitəçiliyi ilə gedir. Bu baxımdan, Azərbaycan bu görüşə təşəbbüskar olmaqla onu göstərir ki, Azərbaycan həm görüşdən imtina etmir, həm də onun üçün əsas məsələ danışıqlardır. Kimin vasitəçilik etməsi əsas məsələ deyil".

Humay İSGƏNDƏRLİ