Blinken Paşinyanla telefonla danışdı
ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller açıqlayıb.
Tərəflər söhbət zamanı İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması imkanlarını müzakirə ediblər.