Blinken Obraynın Azərbaycana səfərinə icazə istədi

 11:14 28.11.2023     263

Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət katibi Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı deyib.

Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın.

Dövlət katibi Blinken bunu qəbul edib.