Günay Əfəndiyevanı o əvəz etdi

 11:57 28.11.2023     197

Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə Toplantısında Türk ölkələrinin Dövlət Başçıları tərəfindən Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin olunub.

Redaktor.az xəbər verir ki, Aktotı Raimkulova Türk Dünyasının mədəniyyətinin və irsinin inkişafına verdiyi töhfələrə görə təşkilatın əvvəlki prezidenti Günay Əfəndiyevaya minnətdarlığını bildirib.

Günay Əfəndiyeva Aktotı Raimkulovaya təşkilatın fəaliyyətini davam etdirməsində uğurlar arzulayaraq, vəzifə müddətində böyük sevgi və həvəslə görülən ortaq çalışmalar üçün əməkdaşlara təşəkkür edib.

Fondun prezidenti Aktotı Raimkulova təşkilatın Türk dünyasında ortaq etnik, mədəniyyət və tarixə əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da layihə və fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini bildirib.