Deputat UNESCO-nun Forumunda iştirak etmək üçün San-Paolo şəhərinə gedir

 14:38 28.11.2023     237

Milli Məclisin deputatı Məlahət İbrahimqızı UNESCO-nun İrqçiliyə və ayrı-seçkiliyə qarşı Üçüncü Qlobal Forumunda iştirak etmək üçün noyabrın 28-də Braziliya Federativ Respublikasının San-Paolo şəhərinə səfər edəcək.

Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Forumda “İrqçıliyin dəyəri: cəmiyyətlərin itirdiklərinin qiymətləndirilməsi”, “Qanun qarşısında bərabərlik: irqçilik nə üçün hələ də mövcuddur?”, “Maarifləndir, nifrət etmə: irqçilik və nifrət nitqi ilə mübarizə”, “İnklüziv siyasət vasitəsilə əlilliyi olan insanlara qarşı ayrı-seçkiliyə son” və digər mövzularda müzakirələr aparılacaq.

Səfər dekabrın 3-də başa çatacaq.