Türkiyə Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi müzakirə olunacaq

 09:59 29.11.2023     191

Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqaz, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı son durum müzakirə olunacaq.

Redaktor.az bu barədə “TRTHaber”ə istinadən xəbər verir.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə keçiriləcək toplantının gündəliyinə Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə əməliyyatlarının müzakirəsi də daxildir.