"Samvel Babayan özündən başqa hər kəsi günahkar sayır" - Erməni KİV

 12:24 29.11.2023     243

"Samvel Babayan Qarabağla bağlı məsuliyyət daşıyanların hamısının adını sadaladı, ancaq öz adını çəkməyi unutdu".

Redaktor.az verir ki, bu barədə verelq.am saytı yazır.

“Baş verənlərdə həm jurnalistlər, həm də bütövlükdə cəmiyyət günahkardır, onlar 20 il ərzində hakimiyyətlə birlikdə problemin həllinə imkan verməyiblər", - deyə Qarabağda mövcud olmuş qondarma qurumun Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayan Ermənistan Milli Assambleyasında jurnalistlərə bildirib.

Jurnalistin baş nazir Nikol Paşinyanın iştirak edənlər kateqoriyasına daxil edilib-edilməməsi ilə bağlı sualına Babayan müsbət cavab verib.

NƏRGİZ