"Azərbaycan Şuşanı almasaydı, müharibə dayanmayacaqdı"

 15:40 29.11.2023     339

“Müharibədən əvvəl Azərbaycanın hərbi əməliyyatlarda qalib gələcəyini başa düşürdüm, bu məqsədlə Ermənistan Respublikasının hakimiyyət orqanlarına xəbərdarlıq məktubları da göndərdim. Azərbaycan Şuşanı almasaydı, müharibə dayanmayacaqdı”.

Redaktor.az "Hraparak"a istinadən xəbər verir ki, bu barədə Qarabağda qondarma qurumun Müdafiə Ordusunun keçmiş komandanı, Təhlükəsizlik Şurasının keçmiş katibi Samvel Babayan Milli Assambleyanın İstintaq Komitəsinin iclasından sonra jurnalistlərlə söhbətində deyib.

“Xankəndidəki qurum hakimiyyətini təhvil verib. Ayın 19-da baş verən hadisələrlə hökumət bütün siyasi elitası ilə təslim oldu. Noyabrın 9-da imzalanan sənədlə Ermənistan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq edib”, - deyə Babayan bildirib.

NƏRGİZ