Türkiyə nümayəndə heyəti Mətbuat Şurasında olub
Türkiyənin Mətbuat Reklam Agentliyi Baş Müdir müavini Mesut Onatın, Balıkesir Jurnalistlər və Yazarlar Cəmiyyəti başçısı Semra Aman Akyürekin və Türk İnternet Media Birliyinin sədri Süleyman Basanın yer aldığı Türkiyə nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.
Redaktor.az-a bu barədə Şuradan bildirilib.
Qonaqları salamlayan MŞ sədri Rəşad Məcid son vaxtlar Azərbaycan-Türkiyə media təmaslarının artmasından, qarşılıqlı əlaqələrin Azərbaycan və Türkiyə dövlətlərinin bütün sahələrdəki dinamik münasibətlərinin ahənginə uyğunluğundan, adekvatlığından məmnunluğunu bildirib.