Səməd Seyidov Romaya səfərə gedir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin işində iştirak etmək üçün dekabrın 2-də İtaliya Respublikasının Roma şəhərinə səfər edəcək.
Redaktor.az bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Səfər dekabrın 7-də başa çatacaq.