Prezident Bərzani ilə də görüşdü

 16:06 01.12.2023     223

Prezident İlham Əliyev Dubayda İraq Kürdüstanı Regionunun lideri Neçirvan Bərzani ilə görüşüb. 

Redaktor.az xəbər verir ki, bu barədə "Kürdüstan24" telekanalı məlumat yayıb. 

Ayaqüstü görüş dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi zamanı baş tutub.