Səfir Laos liderinə İlham Əliyevin təbrikini çatdırdı
Azərbaycanın Vyetnam Sosialist Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə Laos Xalq Demokratik Respublikasının Prezidenti Thongloun Sisoulithə Prezident İlham Əliyevi təbrikini çatdırıb.
Redaktor.az xəbər verir ki, bu barədə səfir “X” hesabında yazıb.
“Prezident İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının prezidenti Thongloun Sisoulithə milli bayramı – Respublika Günü münasibətilə təbriklərini çatdırmaqdan şərəf duydum”,-o bildirib.