Folklor İnstitutunun elm adamları Beynəlxalq Konqresdə iştirak etdi - FOTO
30 noyabr-3 dekabr 2023-cü il tarixlərində Türkiyənin Antalya şəhərinin ən böyük otellərinin biri olan “Aska Lara” otelində “4-cü Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn elmləri Konqresi”- (“4.Uluslararası Türk Dünyası Mühendislik ve Fenn bilimleri Konqresi) keçirilib. Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilən bu Konqres nəinki Antalyada, eləcə də Türkiyədə son illərdə keçirilən ən böyük tədbirlərindən biri olub, Antalyanın və Türkiyənin elmi-mədəni həyatında mühüm rol oynadı.
Kongresin işinə dünya miqyasında maraq böyük olmuşdur. Belə ki, konfransın işinə qatılmaq üçün dünyanın 15-dən çox ölkəsindən: ABŞ, İngiltərə, Uels, Misir, Birləşmiş Ərəb Əmirlikləri, İran, Kosovo, Livan, Fələstin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, o cümlədən Azərbaycan və Türkiyədən gəlmiş nüfuzlu elm adamları qatılmışlar. Kongresdə Azərbaycan elm adamlarını yalnız iki nəfər təmsil edirdi. Kongresə 2 mindən çox elmi məqalə göndərilmiş, lakin onlardan 400 məqalə hakimlər tərəfindən seşilərək Konqres proqramına salınmışdır. Proqrama daxil edilən məqalələrdən ikisi AMEA Folklor institutunun elmi əməkdaşlarının-“Müasir folklor” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir
Dekabrın 1-də Konqresin “Cümhuriyyət” salonunda filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov “Orta çağ islam ülkelerinde matematik:yeni yaklaşimlar ve gelişime doğru” (“Orta əsr İslam ölkələrində riyaziyyat: yeni yanaşmalar və inkişafa doğru”), dekabrın 2-də isə Konqresin “Sivas” salonunda böyük elmi işçi Xəzangül Məmmədova “İslam dininde ve bilimde matematik: ededler, rakamlar, onların sırlı ve mistik anlamları”(“İslam dinində və elmdə riyaziyyat: ədədlər, rəqəmlər, onların sirli və mistik mənaları” adlı məqalələrlə çıxış etmişlər.
Bu çıxışlara görə onların hər biri Türk Təhsil-Sen və UAESEB sədri Talip Geylanın və Kongre Başqanı Professor Dr. Seyhan Fıratın imzalarıı ilə “Təşəkkürnamə” almışlar. “4-cü Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn elmləri Konqresi” (“4.Uluslararası Türk Dünyası Mühendislik ve Fenn bilimleri Konqresi) dekabrın 3-də öz işini uğurla başa çatdırmışdır.