"Xankəndinin mərkəzində separtizmi dəstəkləyən meydana “Zəfər meydanı” adı verilsin"
"Müzakirə etdiyimiz qanun layihələri tarixi qanun layihələridir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ağdərə rayonunun yaradılması ilə bağlı çıxış edən deputat Fəzail Ağamalı deyib.
“Keçmiş “Dağlıq Qarabağ” ərazisini seperatçılar əcaib adlarla dəyişiblər. Təklif edirəm ki, vaxtı ilə Xankəndinin mərkəzində separtizmi dəstəkləyən meydana “Zəfər meydanı” adı verilsin. Bu çox uğurlu bir addım olar”, - deyə deputat bildirib.
Humay İSGƏNDƏRLİ