Arutyunyan Ermənistanın “Dünyanın kəsişməsi” layihəsindən danışdı

"Cənubi Qafqazda nəqliyyat infrastrukturlarının bloklanmasına dair danışıqlarda Ermənistan regional marşrutlardan hərtərəfli, inklüziv və ayrı-seçkiliyə yol vermədən istifadə prinsiplərini, ölkələrin suverenliyinə və yurisdiksiyasına tam hörmətlə yanaşmağı və hamı üçün firavan gələcək qurmaq vizyonunu rəhbər tutur".
Redaktor.az "Armenpress"ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan İrəvanda keçirilən “Yeni regional reallıqlar və dünyanın qovşağı” adlı ekspert konfransında çıxışı zamanı deyib.
“Məhz bu şüurla Ermənistan hökuməti “Sülh kəsişməsi” konsepsiyasını bizim qəbul etdiyimiz sülh gündəliyinin mühüm hissəsi kimi işləyib hazırlayıb və təqdim edib. Bu konsepsiyanın əsas mənası yeni avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, elektrik xətlərinin çəkilməsi, köhnələrinin yenidən qurulması və istismarı ilə regional kommunikasiyaların inkişafıdır”, - deyə bildirib.
NƏRGİZ