Ceyms O’Brayn Azərbaycan rəsmiləri ilə görüşəcək

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı Azərbaycan rəsmiləri ilə görüşəcək.
Redaktor.az xəbər verir ki, bu barədə o, "x" hesabında yazıb.
"Azərbaycana və Rumıniyaya səfər etməkdən çox şadam, burada Cənubi Qafqazda sülh danışıqlarının irəliləməsinə dair rəsmilərlə və taxıl ixracı ilə bağlı yüksək vəzifəli şəxslərlə görüşəcəyəm",-əlavə edib.