Xəzəryanı ölkələrin XİN başçılarının növbəti görüşünün keçiriləcəyi yer AÇIQLANDI

 20:01 05.12.2023     341

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü Türkmənistan paytaxtı Aşqabadda keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Xəzəryanı ölkələrin XİN başçılarının dekabrın 5-də Moskvada keçirilən toplantısının yekunlarına dair birgə qəbul olunmuş bəyanatda bildirilib.

"Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü 2024-cü ildə Türkmənistanda baş tutacaq", deyə bəyanatda qeyd olunub.