"Cənab Borel, ola bilər ki, yuxular görür"

 11:17 06.12.2023     232

Borelin son bəyanatları səmərəsizdir. Mən təssüf edirəm ki, bu cür təcrübəli avropa diplomatı yalan danışır. O, bəyanat verib ki, 150 min erməni Qarabağı tərk edib. Bu tamamilə yalnış bəyanatdır. Cənab Borel, ola bilər ki, yuxular görür. Bu təkcə rəqəmlərlə manipulasiya etmək deyil, bu Azərbaycana qarşı ittihamlardır.

Redaktor.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda deyib.