Ermənistanda əsir saxlanılan Hüseynə ömürlük həbs cəzası verildi

 13:22 06.12.2023     244

Ermənistanda əsir saxlanılan Azərbaycan ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşri məlumat yayıb.

Bildirilib ki, Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib.