Şarl Mişel Bakı və İrəvanın addımını ALQIŞLAYIR
Ermənistan-Azərbaycan birgə bəyanat yayaraq münasibətlərində böyük irəliləyiş əldə etdi, bunu alqışlayırıq.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti "X" hesabında yazıb.
O qeyd edib ki, Avropa İttifaqı saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayır.
"Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır. İndi mən liderləri Ermənistan-Azərbaycan sülh sazişini tez bir zamanda yekunlaşdırmağa çağırıram", - deyə Şarl Mişel bildirib