"Təcavüzə məruz qalan dövlətlər deyil, təcavüzkarlar dəstəklənir"

 11:16 08.12.2023     285

Bu gün dünyamız heç vaxt olmadığı qədər ağır mərhələyə daxil olub.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirdi ki, haqsızlığa, təcavüzə məruz qalan dövlətlər deyil, təcavüzkarlar dəstəklənir:

“Bu gün qarşımızda ciddi hədəflər durur. Heç şübhəsiz ki, Azərbaycan bu hədəflərin öhdəsindən cənab Prezidentin rəhbərliyi ilə gələcək. İlham Əliyevin rəhbərliyi ilə bizi irəlidə daha böyük qələbə gözləyir. Bu dəfə də xalqımız böyük müdirklik göstərərək öz rəhbərinə sadiq olacaq”.

Humay İSGƏNDƏRLİ