"Milli Məclisdə sülh müqaviləsinə razılıq verilməlidir"
Yeni seçkilərin elan olunması ölkəmizdə təhlükəsizliyə töhvə verəcək, inkişafa yol açaq.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
“Hərbi əsirlərin qaytarılmasını müsbət hesab edirəm, bu, sülh müqaviləsinə yol açacaq. Milli Məclisdə sülh müqaviləsinə razılıq verilməlidir. Təklif edirəm ki, gələcəkdə Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin iştirakı ilə Milli Məclisdə müqaviləyə razılıq verilsin”,- deyə deputat bildirib.
Humay İSGƏNDƏRLİ