Seçkiqabağı təşviqat bu tarixdə BAŞLAYACAQ

 00:53 09.12.2023     581

Azərbaycanda gələn il keçiriləcək növbədənkənar prezident seçkilərində seçkiqabağı təşviqatın aparılmasına yanvarın 15-də start veriləcək.

Redaktor.az xəbər verir ki, təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.

Qeyd edək ki, MSK-nın dekabrın 8-də keçirilən iclasında 2024-cü il fevralın 7-də seçkilərin təyin edilməsi haqqında qərar qəbul edildib. Qərar qəbul edildikdən sonra ən geci 2 gün müddətində (dekabrın 10-dək) dərc edilməlidir.