Deputatlarımız Moskvaya gedir

 10:12 11.12.2023     306

Milli Məclisin deputatları - Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev və Nizami Səfərov “MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların və blokların rolu” mövzusunda keçiriləcək IV beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 11-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcəklər.

Bu barədə redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, konfrans çərçivəsində müxtəlif mövzularda məruzələrin dinlənilməsi və Rusiya Dövlət Dumasında təmsil olunan fraksiyaların nümayəndələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.  

Səfər dekabrın 15-də başa çatacaq.