Ceyhun Məmmədov Rusiyaya gedəcək
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Mənəvi və hüquqi dəyərlərin qorunmasında, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində dini liderlərin rolu” mövzusunda XIX Beynəlxalq Müsəlman Forumunda iştirak etmək üçün dekabrın 12-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcək.
Bu barədə redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Səfər dekabrın 14-də başa çatacaq.