Brüsseldə Bayramov-Mirzoyan görüşü planlaşdırılmır - XİN

 12:16 11.12.2023     283

Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşü çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş planlaşdırılmayıb.

Bu barədə Redaktor.az-a  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. 

"Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar və ya görüş nəzərdə tutulmayıb. Görüş olarsa, bildiriləcək", - XİN-in sözçüsü deyib.

Qeyd edək ki, bu gün Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək. Aİ-nin xarici işlər nazirlərinin 6 Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belarus) olan həmkarları ilə birgə iştirak edəcəkləri iclasa ittifaqın xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell sədrlik edəcək.