“Biz üçüncü qüvvələrin əlində silaha çevrilməməliyik” - İrəvanda İlham Əliyevi dəstəklədilər

 15:33 11.12.2023     298

Ermənistan üçün Qarabağa görə qisas almaq məhvə aparan yol deməkdir.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri üzrə komissiyasının rəhbəri, “Mülki Müqavilə” fraksiyasının deputatı Gevorq Papoyan deyib.

Paşinyanın deputatı qeyd edib ki, Ermənistanın qisas almaq fikri yoxdur: “Sülh müqaviləsi haqda düşünən xalq qisas haqqında düşünməməlidir. Sülh müqaviləsi də qisas olmayacağı anamına gəlir, əks halda sülhdən söhbət gedə bilməz. “İntiqam almaq” Ermənistan üçün bir dövlət kimi məhv olmaq deməkdir. Ermənistanın güclənməsi qonşuları ilə dialoq yolu üzərindən baş verəcək”.



G. Papoyan istisna etmir ki, xarici qüvvələr Ermənistanda “revanşist” ritorika və əhval-ruhiyyəni qızışdırır: “Biz üçüncü qüvvələrin əlində silaha çevrilməməliyik”.

Qeyd edək ki, Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışı zamanı bu məsələyə toxunub və qeyd edib ki, Ermənistan zəmanət verməlidir.

“Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə, təsdiqlənmiş zəmanət lazımdır. Bu, bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox pis məsləhətçiləri var”, - Prezident vurğulayıb.(Publika)