"Azərbaycan Avropanın enerji təchizatında oynadığı xüsusi rolu genişləndirir" - Deputat
"Serbiyanın Niş şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə keçirilən Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində edilən çıxışlarda deyilən fikirlər dövlətimizin Avropa siyasətində oynadığı rolun və Azərbaycan rəhbərinin beynəlxalq nüfuzunun göstəricisidir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı bildirib.
Onun sözlərin görə, çıxışında layihə barədə məlumat verən Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviçin dediyi “Azərbaycan sərhəd baxımından bizim qonşumuz olmasa da, sözsüz ki, o, bizim qəlbimizdə xüsusi yeri olan dostumuzdur” deməsi hər şeyi ifadə edir:
"Mərasimdə Prezident İlham Əliyevin “Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq, çünki strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk”, “bizim Aleksandarla şəxsi dostluq münasibətlərimiz böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət etmişdir”, “bu, Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir”, “Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər”, “Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır” söylədiyi fikirlər və həyata keçirilən layihələr Azərbaycan Prezidentinin milli-dövlət maraqlarımıza mükəmməl xidmətini, sözü və işinin vəhdətini, dövlətimizin nüfuzunun artdığını göstərir. Azərbaycan Avropanın enerji təchizatında oynadığı xüsusi rolu genişləndirir və tərəfdaşlarının sayını artırır".
Humay İSGƏNDƏRLİ