"Məndə əsirlərin geri qaytarılması ilə bağlı hər hansı maneə barədə məlumat yoxdur"

 12:57 12.12.2023     359

"Məndə əsirlərin geri qaytarılması ilə bağlı hər hansı maneə barədə məlumat yoxdur. Prosesin niyə yubanması ilə bağlı dəqiq məlumatım yoxdur, ola bilsin ki, gecikmir. Razılaşma var, tarixlər razılaşdırılıb, hər iki istiqamətdə elan verilib".

Redaktor.az "Hraparak"a istinadən xəbər verir ki, bunu "Mülki müqavilə" partiyasını təmsil edən Vaqarşak Akopyan deyib.

“Qeyd etmək istəyirəm ki, Ermənistan hazırda Azərbaycanla sülh müqaviləsi ilə bağlı dərin danışıqlar prosesindədir. Bu gün bizim gündəmimizdə sülh sazişi və ondan irəli gələn addımların ardıcıllığı var. İnanıram ki, biz sülh və təhlükəsizliyin bərqərar olmasını mübahisəsiz reallığa çevirmək üçün bütün platformalardan istifadə etməliyik”.

NƏRGİZ